Azərbaycan futbol yığmasının yoldaşlıq görüşündə qarşılaşacağı rəqiblər bilindi
17.01.2009 - 14:21
Azərbaycan futbol yığmasının yoldaşlıq görüşündə qarşılaşacağı rəqiblər bilindi
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) Türkiyədəki hazırlıq prosesində üç yoxlama oyunu keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, U-17 yanvarın 19-da Şotlandiyanın “İnverness”, 21-də Türkiyənin “Antalyaspor” klubunun nəzdindəki 21 yaşadək futbolçulardan ibarət komanda ilə görüşəcək. Yığmamızın sonuncu oyununu Rumıniya çempionatının yüksək liqasında 3-cü pillədə yer alan “Timişiora” klubu ilə keçirməyi planlaşdırıb. Həmin matç yanvarın 24-də keçiriləcək.
0