Azərbaycanlı beynəlxalq dərəcəli hakimin sənədləri düzgün deyilmiş
19.01.2009 - 10:39
Azərbaycanlı beynəlxalq dərəcəli hakimin sənədləri düzgün deyilmiş
Azərbaycanlı FİFA hakim-köməkçisi Elman Musayev problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı hakimin sənədlərində problem yarandığı üçün Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollana bilməyib. Musayevin əvəzinə bu gün hazırlıq prosesinə milli dərəcəli hakim-köməkçisi Knyaz Əmiraslanov qoşulacaq.

Qeyd edək ki, yanvarın 30-a qədər davam edəcək toplanışda 46 hakimimiz iştirak edir. Bunlardan 21-i baş, 25-i yan xətt hakimidir.

Mənbə: affa.az
0