Azərbaycanlı futbolçunun sevgilisindən səmimi etiraf FOTO
19.01.2009 - 11:32
Azərbaycanlı futbolçunun sevgilisindən səmimi etiraf   FOTO
Türkiyə milli komandasının və “Qalatasaray”ın əslən azərbaycanlı müdafiəçisi Sərvət Çətinin sevgilisi Alessandra Aloresin əhvalı korlanıb. Apasport.az saytının məlumatına görə, ukraynalı Aloresin 28 yaşlı futbolçu ilə ailə həyatı quracağına inamı azalıb. Gənc maneken Sərvətlə münasibətləri rəsmiləşdirə bilməyəcəyini düşünür.

“Sərvət dindar ailədən çıxıb. Onun ailəsi övladlarının manekenlə evlənmələrinə icazə verməz. Mənim həyat tərzim bəllidir. Tez-tez səfərlərə çıxıram. İş qrafikimi və Sərvətin ailəsini nəzərə almaq lazımdır. Futbolçu ilə yaxşı dostuq, məncə, münasibətlərimiz ciddiləşə bilməz” - deyə Alores vurğulayıb.

Alessandradan fərqli, Sərvət manekenlə yaxın əlaqədə olmadığını deyir: “O qızı tanıyıram. Bizim münasibətlərimiz qəzetlərdə yazıldığı kimi, yaxın deyil. Məni tanıyanlar bilirlər ki, nə ingiliscə danışmağı bacarıram, nə də almanca”.

Bununla belə, Sərvətlə Alessandranın bir məclis zamanı çəkilmiş şəkilləri tam fərqli təəssürat oyadır. Çünki onlar bir-birilərinə sarılaraq, şirin-şirin söhbət etdikləri vaxt obyektivlərə tuş gəliblər.

Qeyd edək ki, Alores 2003-cü ildə Almaniya gözəli seçilib. O, Almaniyada gözəllik müsabiqəsində birinci yeri tutan ilk əcnəbi xanımdır. Bu yaşılgözlü gözəlçə ötən il “Top Model of The World” yarışmasının da qalibi olub.
0