Azərbaycan idmançıları Gürcüstanın açıq çempionatında
21.01.2009 - 14:40
Azərbaycan idmançıları Gürcüstanın açıq çempionatında
Azərbaycanın güllə atıcıları Gürcüstanın açıq çempionatına qatılıblar. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə təşkil olunan yarışda Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov mübarizə aparacaqlar.

Hər iki güllə atıcımız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında iştirak edəcəklər. Həmvətənlərimiz yanvarın 22-23-də atəş xəttinə çıxacaqlar.

Qeyd edək ki, Aşumova və Lunyov ötən ay da Gürcüstanda olmuşdular. Tiflisdə keçirilən beynəlxalq turnirdə ölkəmizin şərəfini qoruyan olimpiya mükafatçısı gümüş, Ruslan isə qızıl medal qazanmışdı.
0