Narkoman olimpiya çempionu cəzalandırıldı
06.02.2009 - 12:33
Narkoman olimpiya çempionu cəzalandırıldı
Dünyanın ən titullu idmançısı Maykl Felps üç aylıq diskvalifikasiya olunub. ABŞ Üzgüçülük Federasiyası 24 yaşlı idmançını mətbuatda marixuana çəkən şəklinin yayılmasına görə cəzalandırıb. Yolverilməz hərəkətinə görə Beynəlxalq Olimpiya Komitəsindən üzrxahlıq edən Maykl cəzadan yaxa qurtara bilsə də, yerli federasiya onu diskvalifikasiya etməyi lazım bilib.

Apasport.az saytının məlumatına görə, bu azmış kimi, Felps həmin üç ayda federasiyanın maliyyə dəstəyindən də məhrum olacaq. Qurumun olimpiya çempionu haqqında çıxarılan qərarla bağlı bəyanat yayıb: “Maykl həmin hadisədə heç bir antidopinq qaydasını pozmasa da, biz ona ciddi xəbərdarlıq etməyi qərara aldıq. Çünki Felps çox insanları, xüsusilə də üzgüçülüklə məşğul olan yüzlərlə uşağı məyus etdi. Maykl onlar üçün əsl nümunə idi. Cəzanı qəbul edən Felps inamımızı qaytarmağı qərara alıb”

Qeyd edək ki, Felps 14 dəfə Olimpiya çempionu olub.
0