“Həyat yoldaşım istəsə, ildə 5 milyon qazanar” - FOTOSESSİYA
10.02.2009 - 12:29
“Həyat yoldaşım istəsə, ildə 5 milyon qazanar” - FOTOSESSİYA
İngiltərənin “Çelsi” klubunun futbolçusu Eşli Koul həyat yoldaşı, “Qarl Alaud” musiqi qrupunun üzvü Şerildən yerdən göyə qədər razıdır. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Şerilin pul qazanmaq bacarığını da yüksək qiymətləndirir.

Eşli deyir ki, ömür-gün yoldaşı yazıçılıq sayəsində ildə 5 milyon funt sterlinq qazanmaq gücünə malikdir: “Əlbəttə, Şeril ədəbiyyatda da böyük uğur qazana bilər. Ümumiyyətlə, onun toxunduğu hər şey qızıla dönür”.

Qeyd edək ki, Şeril Koul bir müddətdir Böyük Britaniyada böyük nüfuza malik “Ekstra faktor” şousunda çalışır.
0