Ölkə çempionatının 1-ci dövrəsi 11 günə keçiriləcək
11.02.2009 - 11:58
Ölkə çempionatının 1-ci dövrəsi 11 günə keçiriləcək
Fevralın 17-də həndbol üzrə sayca XVI Azərbaycan çempionatı start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yarışda 6 kişi və 5 qadın komandası mübarizə aparacaq.

Kişilərin turnirinə “Dinamo”, Təhsil Nazirliyi OEİUGİM, Nəsimi və Nizami rayonu İOEUGİM, həmçinin Şirvan və İsmayıllının komandaları qatılacaqlar. Qadın həndbolçular arasında isə ABU, “Qaradağ” klublar, Nəsimi və Nizami rayon İOEUGİM və Təhsil Nazirliyinin komandası çıxış edəcək.

Bütün oyunlar “ABU-Arena” İdman Kompleksində baş tutacaq. Öncə çempionatın yarısının keçirilməsi planlaşdırılıb. Klublar 11 gün ərzində rəqiblərini sınağa çəkəcəklər və fevralın 28-də birinci dövrə yekunlaşacaq.
0