Azərbaycan yığmasında həbəşistanlı idmançılar
13.02.2009 - 17:45
Azərbaycan yığmasında həbəşistanlı idmançılar
Atletika üzrə Azərbaycan milli komandasına iki afrikalı legioner cəlb olunub. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, həbəşistanlı atletlərdən Sevae Aberu qadın, Senbete Tilahun isə kişidir. Abeyru 1500 metr, Tilahun isə 3000 metr məsafələrə qaçış növlərində çıxış edəcəklər.

Qeyd edək ki, Həbəşistan qaçış növündə aparıcı ölkələrdən sayılır.
0