Rəşad Sadıqovun komandası “Qalatasaray”ı rüsvay etdi - FOTO
22.02.2009 - 23:05
Rəşad Sadıqovun komandası “Qalatasaray”ı rüsvay etdi - FOTO
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Kocaelispor” bu gün Türkiyə Superliqasının XXI turunda sensasiyaya imza atıb. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisi səfərdə son ölkə çempionu “Qalatasararay”ı darmadağın edib.

Hərçənd, “Əli Sami Yen” stadionunda keçirilən matça “Cim Bom” yaxşı başlayıb. Oyunun 15-ci dəqiqəsində Mehmet Topal meydan sahiblərini hesabda önə çıxarıb. Lakin “Kocaelispor” tədricən təşəbbüsə yiyələnib və rəqibi ardıcıl 3 dəfə cəzalandırıb. Taner Gulleri 24-cü və 63-cü, Murat Hacıoğlu isə 35-ci dəqiqədə fərqlənib.

İkinci hissənin ortalarında Linkoln fərqi minimuma endirib. Lakin “Qalatasaray” doğma meydanda məğlubiyyətdən yaxa qurtara bilməyib. “Sarı-qırmızılar” 87-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini qeyri-dəqiq yerinə yetiriblər. Milan Baroşun zərbəsini “Kocaelispor”un qapıçısı qaytarıb və Taner Gülləri dərhal hesabı 4:2-yə çatdırıb. Uzatma dəqiqələrində isə Taner dördüncü qolunu da vurub - 5:2!

Rəşad Sadıqov start heyətində yer alıb və 90 dəqiqə mübarizə aparıb. “Kocaelispor”da çıxış edən digər həmvətənimiz Ramal Hüseynovun adı isə heç “18-lik”də də olmayıb.

Bu qələbədən sonra “Kocaelispor” 15 xalla əvvəlki kimi, 17-ci pillədə qərarlaşıb. Aktivində 37 xal olan “Qalatasaray” isə ilk “üçlüy”ə düşmək şansını itirib. Hazırda “Cim Bom” 4-cü yeri tutur.
0