Üç italiyalı futbolçu stüardessanı zorlayıb
04.03.2009 - 20:00
Üç italiyalı futbolçu stüardessanı zorlayıb
İtaliyanın “Savoy” klubunun üç futbolçusu qadın zorlamaqda ittiham olunur. Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında ölkə çempionatının növbəti oyunundan təyyarə ilə qayıdan Antonio Maskolo, Vinçentso Basso və Klaudio da Roşa stüardessanın cazibəsi qarşısında ağıllarını itiriblər. Katanya-Neapol marşrutu ilə səfər matçından geri dönən futbolçular əvvəlcə stüardessaya ədəbsiz təklif, bu, baş tutmayınca güclərindən istifadə ediblər.

Gözəlçənin ağlamasının şahidi olan təyyarənin yeganə xanım sərnişini zərərçəkənə təsəlli verməklə yanaşı, onunla birlikdə polis idarəsinə də yollanıb. Hər üç futbolçunu komandadan qovan klub prezidenti Vinçentsio Ancelotti “Air İtaliya” aviaşirkətindən üzr istəyib. Futboldan kənar qalan oyunçular isə məhkəmənin qərarını gözləyirlər.

Qeyd edək ki, 19 komanda arasında 17-ci yerdə qərarlaşan “Savoy” “Timoti Torre Anuntsiata” ilə qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə qayıdıb. Həmçinin səfərin ardından baş məşqçi də istefaya göndərilərək yenisi ilə əvəzlənib.
0