Elçin Quliyev Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti seçildi
06.03.2009 - 15:11
Elçin Quliyev Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti seçildi
Bu gün Milli Olimpiya Komitəsinin akt zalında Azərbaycan Atçılıq İdmanı Federasiyasının (AAİF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev AAİF-in yeni prezidenti seçilib.

Qeyd edək ki, əvvəllər bu federasiyanın prezidenti Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov olub.
0