Dünyanın ən güclü sumoçusu restoran biznesinə girişdi - FOTO
13.03.2009 - 13:53
Dünyanın ən güclü sumoçusu restoran biznesinə girişdi - FOTO
Planetin ən yaxşı sumoçusu, monqolustanlı Dolqorsurenqiyn Daqvadorj restoran biznesinə girişib. Apasport.az saytının məlumatına görə, “Asaseryu” ləqəbli Daqvadorjun ilk restoranı Yaponiyanın paytaxtı Tokioda yerləşən “Kokuqiqan” idman sarayının yaxınlığında açılıb. Burada müştərilərə Monqolustan və Yaponiya yeməkləri ilə yanaşı, şirniyyatlar, içkilər də təqdim olunur.

28 yaşlı sumoçunun planları isə böyükdür. O, restoranlar şəbəkəsi yaratmaq niyyətindədir. Buna görə də Moskvada və Los-Ancelesdə də restoran istifadəyə vermək istəyir. İmperator Kubokunun 23 dəfə qalibi olmuş Daqvadorj, həmçinin Monqolustan prezidenti olmaq istəyini də açıqlayıb. O, 2012-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək.

Ümumiyyətlə, Daqvadorjun adı çox tez-tez qalmaqallarda hallanır. Pul gücünə müxtəlif beynəlxalq turnirlərin baş mükafatlarını almaqda suçlanan sumoçunu hətta ölümlə də hədələyiblər. Az öncə isə o, kəskin tənqidə məruz qalıb. Buna səbəb monqolustanlının Yaponiya telekanallarının birində yayımlanan reklamda məktəbli formasında görünməsidir. Axı, peşəkar sumoçu ictimaiyyət önünə həmişə kimono və uzun saçları ilə çıxmalıdır.
0