Diniyevin debütü baş tutacaqmı?
15.03.2009 - 00:07
Diniyevin debütü baş tutacaqmı?
Bu gün Rusiya Premyer Liqası start götürür. Apasport.az saytının məlumatına görə, öz meydanında Nalçik “Spartak”ını qəbul edəcək “Terek” Premyer Liqaya qələbə ilə başlamaq niyyətindədir. Artıq Qroznı təmsilçisi çempionatda iştirak edəcək futbolçuların siyahısını Rusiya Futbol İttifaqına göndərib.

Baş məşqçi Vyaçeslav Qroznının güvəndiyi futbolçular arasında 16 yaşlı azərbaycanlı da var. Bu, əvəzedici komandanın baş məşqçisi olan Şahin Diniyevin oğlu Kərim Diniyevdir. Onun əvəzedicilərin komandasında iştirak edəcəyi gözlənilsə də, komandanın baş məşqçisi Qroznı Diniyevin oyununu bəyəndiyindən, onun adını Premyer Liqada forma geyinəcək futbolçuların siyahısına daxil edib.

Beləliklə, bu günkü qarşılaşmada Kərim Diniyev debüt edə bilər.
0