Korotenko CEV Kubokunda üçüncü oldu
15.03.2009 - 22:00
Korotenko CEV Kubokunda üçüncü oldu
Avropa Voleybol Konfederasiyasının (CEV) Kuboku uğrunda yarışda “Dördlər finalı”nın oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Valeriya Korotenko və Oksana Parxomenkonun şərəfini qoruduğu Türkiyənin “Fənərbaxça Acıbadem” klubu İtaliyanın Novara şəhərində “Asistel”lə qarşılaşıb.

Azərbaycan yığmasının üzvlərinin də forma geyindiyi qarşılaşmada meydan sahibləri 3:0 (25:18, 25:22, 25:22) hesablı qələbə qazanıblar. Bu mərhələnin digər cütlüyündə “Uraloçka” (Rusiya) “Rote Raben”i (Almaniya) məğlub edib – 3:1.

Qaydaya əsasən, qaliblər 1-ci, uduzan komandalar 3-cü yer uğrunda qüvvələrini sınayıblar. Türkiyəlilər bu qarşılaşmada almanları 3:1 hesabı ilə üstələyərək, bürünc medallara sahib çıxıblar.
0