Almaniya yığmasını Azərbaycanla oyunlara çıxaracaq kapitanın adı dəqiqləşdi
16.03.2009 - 11:41
Almaniya yığmasını Azərbaycanla oyunlara çıxaracaq kapitanın adı dəqiqləşdi
Almaniya yığmasının bu il Azərbaycanla rəsmi oyunlara çıxaracaq kapitanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv kapitan sarğısının 2010-cu ilədək Mihael Ballakda qalacağını bəyan edib.

Löv Londonun “Çelsi” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi ilə son vaxtlar münaqişədə olsa da, komandanın heyətində ciddi dəyişiklər etmək fikrində deyil. 48 yaşlı alman mütəxəssis problemi olduğu millinin digər veteranı – “Verder” klubunda çıxış edən Torsten Frinqsə də güvənəcək: “Əgər Ballak sağlam olsa, 2010-cu ilə kimi yığmada kapitan fəaliyyətini davam etdirəcək. Bəli, onunla heç də zarafat olmayan münaqişəmiz oldu. Ancaq biz reallıqdan kənarda yox, futbol dünyasında yaşayırıq. Münaqişələr həmişə olur, ötən il isə biz heç də az səhv buraxmadıq”.

Qeyd edək ki, milli komandamız Almaniya ilk oyununu avqustun 12-də evdə, cavab görüşünü sentyabrın 9-da səfərdə keçirəcək. Lövün komandası hazırda qrupumuzda vahid liderdir.
0