AFFA: 11 milyon 671 min manat gəlir hara gedir?
16.03.2009 - 13:59
AFFA: 11 milyon 671 min manat gəlir hara gedir?
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2009-cu il üçün gəlir və xərcləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən konfransda büdcədə həm gəlir, həm də xərclər smetasının 11 milyon 671 min manat olduğu bəyan edilib.

Assosiasiyanın baş mühasibi Yusif Həmidli çıxışında bununla bağlı hesabat verib. Ötən ilki xərclər haqda danışan Həmidli yığma komandaların 74 təlim-məşq toplanışı və yarışda iştirak etdiyini bildirib. Bununla yanaşı, 40 mini-futbol meydançası tikilib, Hollandiyadan 24 süni örtük alınıb.

AFFA-nı təftiş edən Bakı şəhər müstəqil audit təşkilatının nümayəndəsi də konfransda çıxış edərək, hər şeyin qaydasında olduğunu söyləyib. AFFA həmin audit təşkilatı ilə imzaladığı müqaviləni daha bir illiyə uzadıb.

Qeyd edək ki, bugünkü konfransda AFFA-nın 35 üzvündən 33-ü iştirak edib.
0