Azərbaycanın ən gözəl voleybolçusu nişanlandı - FOTO
03.04.2009 - 15:13
Azərbaycanın ən gözəl voleybolçusu nişanlandı - FOTO
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Valeriya Korotenko ailə həyatı qurmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançı Nicat Məmmədovla nişanlanıb. Nicat həm voleybol, həm də cüdo ilə məşğuldur.

Türkiyənin “Fənərbaxça Acıbadem” klubunun da şərəfini qoruyan Valeriyanın toyu yaxın il yarımda olacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının ən yaxşı liberosu seçilən, Avropa Voleybol Konfederasiyası kuboku uğrunda yarışda bürünc medala layiq görülən Korotenkonun kifayət qədər azarkeşi var. Məhz onun oyununu görmək məqsədi ilə “Fənərbaxça Acıbadem”in qarşılaşmalarına xeyli azarkeş gəlir.
0