“Qara Dəniz”ə gedən yol Gəncədən keçir
16.04.2009 - 16:51
“Qara Dəniz”ə gedən yol Gəncədən keçir
Bu gün Gəncədə 17 yaşadək oğlan və qızlar arasında voleybol üzrə respublika birinciliyinin seçmə yarışları başlanıb. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, oğlanların mübarizəsində Sumqayıt, Gəncə, Cəlilabad, Masallı, Kürdəmir, Saatlı, Yevlax, Şəki, Qax, Sabunçu, Suraxanı şəhər və rayonlarından, eləcə də Bakıdan ROEUGİM-in komandaları qüvvələrini sınayacaqlar.

Qızların yarışında isə Gəncə, Mingəçevir, Qax, Qusar, Sumqayıt, Xətai, Şəki şəhər və rayonları, həmçinin Bakıdan ROEUGİM, “Nəqliyyat” və “Azəri” klubları iştirak edəcəklər.

Seçmə yarışların keçirilməsində məqsəd 2010-cu ildə Rumıniyada baş tutacaq 2-ci Qara dəniz ölkələrinin idman oyunlarına qatılacaq heyəti müəyyənləşdirməkdir.
0