Azərbaycanlı səfirin nəvəsi Belçikada çempion oldu
20.04.2009 - 17:48
Azərbaycanlı səfirin nəvəsi Belçikada çempion oldu
Azərbaycanlı çapar Camal Rəhimov növbəti dəfə beynəlxalq miqyasda uğur qazanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançımız Belçikada keçirilən yarışın qalibi olub.

Rəhimov hündürlüyü 140 santimetr olan maneələri dəf etmək yarışlarında fərqlənib. O, 90-dək çaparın mübarizə apardığı turnirdə, bütün rəqiblərini qabaqlayaraq, qızıl medala layiq görülüb.

Qeyd edək ki, Camal Rəhimov Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsidir.
0