Azad Əzizovun rəqibi müəyyənləşdi
26.04.2009 - 19:10
Azad Əzizovun rəqibi müəyyənləşdi
Mayın 9-da Almaniyanın Vaysvasser şəhərində peşəkar Azərbaycan boksçusu Azad Əzizov (63,5 kiloqram) IBF versiyası ilə Avropa çempionu adı uğrunda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, həmyerlimiz italiyalı rəqibi Petro Alessio ilə üz-üzə gələcək. Bu, Əzizovun 24-cü döyüşü olacaqdır (20 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə).

AzərTac
0