Azərbaycan çempionuna Avropadan gətirilmiş kubok veriləcək
29.04.2009 - 12:43
Azərbaycan çempionuna Avropadan gətirilmiş kubok veriləcək
Qadın voleybolçular arasında Azərbaycan çempionuna Avropadan gətirilmiş kubok və medallar təqdim olunacaq. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. O, kubok və medalların istehsal olunduğu ölkənin adını açıqlamayıb.

“Çempionatda ilk 3 yeri tutacaq komandalara təqdim olunacaq mükafatların harada istehsal edildiyin açıqlamaq istəmirəm. Kubok və medallar çox güman ki, bu gün axşam Bakıya gətiriləcək” - deyə Gözəlbəyli vurğulayıb.

Hazırda mükafatlar uğrunda 4 komanda mübarizə aparır. Mayın 2-də Quba Olimpiya Kompleksində keçiriləcək yarımfinal görüşlərində “Rabitə” “İqtisadçı”, “Nəqliyyat” isə “Lokomotiv”lə qarşılaşacaq. Ertəsi günü qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda oyunda üz-üzə gələcəklər.
0