“Xəzər-Lənkəran”dan qovulan Emin Quliyev “Olimpik”də
01.05.2009 - 12:05
“Xəzər-Lənkəran”dan qovulan Emin Quliyev “Olimpik”də
“Hərdən “Olimpik” klubunun məşqlərinə də qatılıram. Lakin bu, heç nə demək deyil. Sadəcə, bir dost kimi onların hazırlıqlarına qatılaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubundan qovulan Emin Quliyev deyib.

Quliyev bildirib ki, məşqlərinin heç də sabiq baş məşqçisi İqor Ponomaryovun hazırlıqlarından geri qalmır: “Daim öz üzərimdə işləyirəm. Elə buna görə də fiziki hazırlıqla bağlı problemim yoxdur. Qaçıram, idman zalında məşq edirəm, çatışmayan yalnız oyun praktikasıdır. Bunu da hər hansı kluba keçəndən sonra aradan qaldırmaq mümkündür”.

32 yaşlı müdafiəçi hələ hara keçəcəyi ilə bağlı məsələyə aydınlıq gəlmədiyini bildirib: “Keçidimlə bağlı məsələyə aydınlıq gətirməmişəm. Heç bir klubla danışıqlar aparmıram. Mövsümün bitməyini gözləyirəm ki, gələcək karyeramla bağlı qeyri-müəyyənliyə son qoyum. Hazırlıqla bağlı hər hansı problemim olmur. Axı artıq indidən gələn mövsüm ciddi futbol oynamağa köklənirəm”.

Qeyd edək ki, Quliyev lənkəranlıların baş məşqçisi İqor Ponomaryovun təşəbbüsü ilə komandadan kənarlaşdırılıb.

Mənbə: extratime.az
0