Hasan Şaşa inanılmaz təklif
01.05.2009 - 15:13
Hasan Şaşa inanılmaz təklif
Türkiyə milli komandasının sabiq futbolçusu Hasan Şaş karyerasının qürub çağında inanılmaz təklif alıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın yarımmüdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Konkret ad açıqlanmasa da, bu klubun “Əl-Hilal” olduğu ehtimal edilir. Ərəblər 33 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlamaq istəyirlər. Hasan Şaşın qarşı tərəflə ilk görüşü yaxşı keçib və türkiyəli futbolçu qəti qərar vermək üçün möhlət istəyib. Onun “Qalatasaray”la razılaşmasının müddəti bu ayın 31-də başa çatacaq. İstedadlı yarımmüdafiəçi ərəblərə cavabını iyunda çatdıracaq. “Cim Bom”un üzvü təklifə müsbət cavab verəcəyi təqdirdə, ildə 1,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Hasan Şaş 2000-ci ildə “Qalatasaray”la UEFA kuboku və Avropa Superkubokunu, 2002-ci ildə isə Türkiyə yığmasının heyətində dünya çempionatının bürünc mükafatını qazanıb.
0