Hacıyevskidən imtina etdilər
01.05.2009 - 15:10
Hacıyevskidən imtina etdilər
Futbol üzrə Makedoniya milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, ötən ay istefa verən Sreçko Katanetsi Branko İvanoviç əvəzləyib.

Xorvatiyalı mütəxəssis Makedoniya yığmasının 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanması üçün çalışacaq. Hazırda bu komanda 9-cu seçmə qrupda 4-cü pillədə qərarlaşıb və 2-ci pillədəki Şotlandiyadan cəmi 4 xal geri qalır.

Məşqçilik karyerasına 1991-ci ildə başlayan İvanoviç əvvəllər Almaniyanın “Hannover-96”, Xorvatiyanın “Dinamo” (Zaqreb) və İran milli komandasına rəhbərlik edib. 2007-2008-ci il mövsümündə o, baş məqşçi olduğu vaxt “Dinamo” Çempionlar Liqasının ilkin təsnifat mərhələsində “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Makedoniya millisinin baş məşqçi postuna namizədlər arasında hazırda “Bakı” klubuna rəhbərlik edən Qyoko Hacıyevski və Ağdamın “Qarabağ” komandasında çıxış edən Artim Şakiri də göstərilirdi.
0