Forlanın digər futbolçulardan üstünlüyü - FOTOSESSİYA
07.05.2009 - 12:33
Forlanın digər futbolçulardan üstünlüyü - FOTOSESSİYA
İspaniyanın “Atletiko” klubunun hücumçusu Diyeqo Forlan bir çox məşhur həmkarlarından geri qalmadığını sübut etmək iddiasındadır. Apasport.az saytının məlumatına görə, daha çox İngiltərənin “Mançester Yunayted” klubundakı çıxışları ilə tanınan uruqvaylı nisbətən kölgəyə çəkilsə də, özünə təsəlli tapıb.

Belə ki, məşhur maneken Zaira Nara ilə sevgi macərası yaşayan Forlan onun cazibədarlığına görə həmkarlarına “meydan oxuyub”. Elə Zaira da Forlana yuxarıdan aşağı baxmaq fikrinə düşə bilən digər futbolçulara öz cavabını verib. O, kameralar qarşısında soyunmaqla, uruqvaylının zövqünə görə heç kimdən geri qalmadığını sübut edib.
0