Pol Qaskoyn ad gününü kiminlə qeyd edib?
29.05.2009 - 16:37
Pol Qaskoyn ad gününü kiminlə qeyd edib?
İngiltərə futbolunun əfsanəsi Pol Qaskoyn 41 yaşını qeyd edib. Apasport.az saytının məlumatına görə, ad gününü London küçələrində gəzişməklə qeyd edən İngiltərə yığmasının sabiq oyunçusunu sarışın gözəlçə müşayiət edib. Onları gəzdikləri yerdə yaxalayan paparatsi xanımın 21 yaşlı model Emma Keyt Douson olduğunu müəyyənləşdirib.

Gənc model atası yaşda kişi ilə keçirilən günün ürəyincə olduğunu bildirib. Yerli “Sun” qəzeti cütlüyün əvvəl “Kafe de Pari” restoranında nahar edərək, “Royal Garden” otelinə yollanıb.
0