Olimpiya çempionumuz evlənir
09.06.2009 - 10:41
Olimpiya çempionumuz evlənir
Yunan-Roma güləşi üzrə azərbaycanlı olimpiya və dünya çempionu Fərid Mansurov nişanlanıb. Apasport.az-ın lent.az-a istinadən məlumatına görə, bunu Mansurov özü deyib.

66 kq çəkidə 2004-cü il Afina Yay Olimpiya Oyunlarının və 2007-ci il dünya çempionatının qalibi olan güləşçimiz nişanlısının uzaq qohumlarından olduğunu bildirib.

Lakin Mansurovun toyunun tarixi hələ təyin olunmayıb. O, 21 – 27 sentyabrda Danimarkanın Kerninq şəhərində keçiriləcək dünya çempionatınadək ailə qurmayacağını vurğulayıb: “Mən peşəkar idmançı kimi rejimə riayət edirəm. İlk növbədə idmançı rejimini gözləmək lazımdır. Ona görə də dünya çempionatınadək toy etməyəcəyəm. Çempionatdan sonra isə bu, mümkündür”.
0