Bakıdakı taekvondo tədbirlərinə 300-350 min manat xərc çəkilib
09.06.2009 - 17:57
Bakıdakı taekvondo tədbirlərinə 300-350 min manat xərc çəkilib
Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək taekvondo üzrə fiziki qüsurlular arasında ilk dünya çempionatı, eləcə də komandalararası Dünya Kubokunun təşkilatçılığına 300-350 min manat xərc çəkilib. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Füzuli Musayev deyib. O bildirib ki, xərclər ATF və Gənclər və İdman Nazirliyi tərəfindən ödənilib.

“Yarışın ev sahibi müəyyənləşən zaman federasiyamızın prezidenti Kəmaləddin Heydərov dedi ki, parataekvondoçuların da ilk dünya çempionatını Bakıya təyin edin. Bunun xərclərini özümüz çəkərik. Eyni zamanda, fiziki qüsurlu taekvondoçular arasında yarış keçirməklə, Allahın yanında savab qazanmışıq olarıq. Bu fikir Dünya Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı” - deyə Musayev vurğulayıb.

Qeyd edək ki, parataekvondoçuların ilk dünya çempionatı sabah baş tutacaq. İyunun 11-da isə komandalararası Dünya Kuboku start götürəcək və dörd gün davam edəcək.
0