Azərbaycanlı futbolçudan riskli addım - FOTO
09.07.2009 - 13:03
Azərbaycanlı futbolçudan riskli addım - FOTO
“Qalatasaray”ın əslən azərbaycanlı futbolçusu Sərvət Çətin riskə yol verib. Apasport.az saytının məlumatına görə, zədəsini yenicə sağaldan təcrübəli müdafiəçi 2 metrlik məftil hasardan tullanaraq, ətrafdakıları heyrətləndirib.

Sərvət belə təhlükəli addımı “Cim Bom”un Almaniyada keçirilən təlim-məşq toplanışı zamanı atıb. Bu gün səhər məşq meydançasına girmək istəyərkən, qapının bağlı olduğunu görüb. O, qapının açılmasını gözləməyərək, hasardan üstündən tullanıb.

Bu anı “Hürriyət” qəzetinin əməkdaşı fotoobyektivin yaddaşına köçürüb. Xoşbəxtlikdən futbolçunun zədəsi yenilənməyib. Sərvət şəklinin çəkilməsinə əsəbiləşib.
0