Bax belə, əsgərdir, sıravi... - FOTOSESSİYA
10.07.2009 - 16:12
Bax belə, əsgərdir, sıravi...  - FOTOSESSİYA
Türkiyə milli komandasının və “Vilyareal” klubunun üzvü Nihat Kahveçi hərbi xidmətə başlayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu bu gün ölkənin Burdur rayonundakı 58-ci Piyada Təlim Alayında and içərək, hərbi xidmətə start verib.

Nihat 3 həftədən sonra ordudan tərxis olunacaq. O, iki ildən artıq xaricdə çalışdığı üçün müəyyən pul müqabilində qanunvericiliyə əsasən cəmi 21 günlük hərbi xidmətə yollanıb.

Xatırladaq ki, Kahveçi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğanla eyni hərbi hissədədir. Nəcməddin Bilal Ərdoğan Dünya Bankının Vaşinqton ofisində çalışır.
0