“Qızıl Qran-Pri”də daha beş medal
19.07.2009 - 00:43
“Qızıl Qran-Pri”də daha beş medal
Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran-Pri” turnirində qadın güləşçilərin mübarizəsi sona çatıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız yarışı 5 medalla başa vurublar.

Yığma komandamıza qızıl medalı Zümrüd Qurbanhacıyeva (67 kq) qazandırıb. Yuliya Radkeviç (55 kq) gümüş, Mariya Stadnik (48 kq), Sona Əhmədli ( 55 kq) və Elvira Mürsəlova (59 kq) isə bürünc medalla kifayətləniblər.

Yarışda Azərbaycan da daxil olmaqla, 18 ölkənin 71 idmançısı iştirak edib
0