“Ekranas” Bakıya gəldi
20.07.2009 - 09:43
“Ekranas” Bakıya gəldi
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Bakı"nın rəqibi olan "Ekranas" Azərbaycan paytaxtına gəlib. Apasport.az saytının məlumatına görə, Riqa-Bakı reysi ilə Bakıya gələn rəqib komanda "Crown Plaza" otelində yerləşib. Bu gün "Ekranas" cavab oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.

Xatırqladaq ki, rəqiblərin 1 həftə əvvəl Panevejisdə keçirilən ilk qarşılaşmasında 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu iyulun 21-də saat 20.00-da başlanacaq.
0