UEFA “Bakı” – “Ekranas” görüşünün baş hakimini dəyişdirib
20.07.2009 - 15:04
UEFA “Bakı” – “Ekranas” görüşünün baş hakimini dəyişdirib
UEFA Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsi çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan “Bakı” (Azərbaycan) – “Ekranas” (Litva) matçının baş hakimini dəyişdirib. Apasport.az saytının məlumatına görə, buna belçikalı Serj Qyumenninin zədələnməsi səbəb olub. Belə olan halda, 37 yaşlı FİFA referi alman həmkarı ilə əvəzlənib.

UEFA az öncə bu haqda AFFA-nın rəsmən məlumatlandırıbmış. “Bakı” da bu dəyişiklik haqda AFFA-dan bilgi alıb. Almaniyalı FİFA hakimlərindən Mikael Veynerlə Babak Rafatidən biri sabah Bakıda ÇL oyununu idarə etməli imiş. Sonuncu ötən il Premyer Liqamızda oyun idarə edib. Ancaq UEFA AFFA-ya son müraciətində Qyumenni başda olmaqla, belçikalı hakimlər briqadasının gələcəyini bildirib.

Onlar bu gün saat 17:00-da Vyana – Bakı hava reysi ilə ölkəmizə təşrif buyuracaq.
0