Milli çempionatda 12 yaşlı futbolçu - FOTO
22.07.2009 - 10:16
Milli çempionatda 12 yaşlı futbolçu - FOTO
12 yaşlı futbolçu Maurisio Baldiviezo tarixə düşüb. Apasport.az saytının məlumatına görə, boliviyalı yeniyetmə şərəfini qoruduğu “Avrora” klubunda debüt edib. O, səfərdə “La Pas”la görüşün 81-ci dəqiqəsində meydana girərək, Cənubi Amerikanın milli çempionatlarında oynayan ən gənc futbolçuya çevrilib.

Epizodların birində rəqib komandanın üzvü Cenri Alaça Maurisioya qarşı kobud oynayıb. Hələ bərkə-boşa düşməyən 12 yaşlı futbolçu isə ağrıdan ağlayıb.

Maraqlıdır ki, “Avrora”nın baş məşqçisi elə Maurisionun atası Xulio Sezar Baldiviezodur. Xulio Sezar 1994-cü ildə keçirilmiş dünya çempionatında Boliviya yığmasının heyətində yer alıb. Oğlunun Boliviya çempionatında debütünü isə o, cəza ucbatından tribunadan izləyib. Buna baxmayaraq, baş məşqçi övladından razı qalıb: “Onunla fəxr edirəm. Həqiqətən də çox istedadlı uşaqdır”.

Bundan başqa, Xulio Sezar Baldiviezo oğluna qarşı kobud oynamış Cenri Alaçanı “cani” adlandırıb. Həmin epizodda qaydaları pozan futbolçunu cəzalandırmayan hakimi də sərt tənqid atəşinə tutub.

Xatırladaq ki, bundan öncə Cənubi Amerikanın milli çempionatlarında çıxış etmiş ən gənc oyunçu 13 ay 11 aylığında forma geyinmiş perulu Fernando Qarsiya olub.
0