“Görsən ki, Sissoko çılğınlıq edir, boynundan tutub kənara çəkərsən”
22.07.2009 - 10:25
“Görsən ki, Sissoko çılğınlıq edir, boynundan tutub kənara çəkərsən”
“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski futbolçularının yersiz sarı vərəqə almasından narazı qalıb. Apasport.az saytının məlumatına görə, makedoniyalı çalışdırıcı “Ekranas”la oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu barədə futbolçulara tapşırıq versə də, xeyri olmayıb: “Sissoko ilə oyun öncəsi söhbətim olmuşdu. Ona dedim ki, özündən çıxma, əsəblərini cilovla. Çünki Litvadakı oyundan sonra sarı vərəqəsi vardı və daha birisini almaq cəza üzündən növbəti oyunu buraxmaq demək idi. Hətta müdafiəçi Batesə tapşırdım ki, gördün Sissoko çılğınlıq edir, boynundan tutub, kənara çək. O, Xalidu sarı vərəqə aldığı epizodda sadəcə, özünü çatdıra bilmədi. Digər yeni transferimiz Aleksandar Şoliç sarı vərəqə alsa da, cəzalı duruma düşmədi. Bununla belə, onun qol vurandan sonra formasını çıxarmasından narazı qaldım. Çünki həmin epizodda yersiz sarı vərəqə aldı. Elə qol sevincini bölüşmək mənə yaxınlaşanda ona iradımı bildirdim. Şoliç də cavab verdi ki, hələ vərəqə almamışdım, bu, ilk “sarı”mdır, daha belə etmərəm”.
0