“Bakı” – “Levski” görüşü 30 yaşlı hakimə tapşırıldı
24.07.2009 - 10:31
“Bakı” – “Levski” görüşü 30 yaşlı hakimə tapşırıldı
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” klubunun öz meydanında “Levski” (Bolqarıstan) ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 28-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Sven Oddvar Moenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona həmyerliləri Daq-Rodjer Nebben, Sven İnqe Viken və Kristofer Helqerud yardımçı olacaq. 30 yaşlı Moen 2005-ci ildən FİFA hakimidir. Norveçli hakimlərin işinə serbiyalı UEFA hakim-inspektoru Zoran Petroviç qiymət verəcək. Oyunun UEFA nümayəndəsi almaniyalı Rayner Koxdur.

Qeyd edək ki, “Bakı” “Levski” ilə cavab görüşünü avqustun 5-də keçirəcək. Sofiyada oyunun hələ ki yalnız UEFA nümayəndəsi müəyyənləşib ki, bu, belçikalı Jan Mare Filipsdir.
0