“Xəzər Lənkəran”: 4 oyun və 2-3 futbolçu
24.07.2009 - 11:09
“Xəzər Lənkəran”: 4 oyun və 2-3 futbolçu
“Xəzər Lənkəran” mövsümə hazırlığın növbəti mərhələsini keçmək üçün bu gün Avstriyaya yollanır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi avqustun 7-dək Kaprun şəhərində təlim-məşq toplanışında olacaq və dörd hazırlıq matçında qüvvəsini sınayacaq.

Baş məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, toplanışın nəticələrinə əsasən heyətə daha 2-3 futbolçunun daxil edilməsi nəzərdə tutulub, komandanın ən azı daha bir hücumçuya və yarımmüdafiədə bir neçə mövqedə oynamaq bacarığı olan futbolçuya ehtiyacı var. Ümumilikdə məşqçilər koprusu Kaprunda daha 5-6 futbolçunu sınaqdan keçirməyi düşünür.

Avstriyada seleksiya işlərini tamamlamaq barədə düşünən məşqçilər eyni zamanda orada növbəti mövsüm üçün komandanın start heyətini müəyyənləşdirməyə çalışacaqlar.

“Xəzər Lənkəran” Kapruna aşağıdakı heyətlə yollanacaq:

Qapıçılar:
Kamran Ağayev, Dmitri Kramarenko, Zabit Səfərov
Müdafiəçilər: Kostadin Cambazov, Radomir Todorov (hər ikisi Bolqarıstan), Fatih Sonkaya (Türkiyə), Denis Silva (Braziliya), İvan Pexa (Slovakiya)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Alim Qurbanov, Ceyhun Sultanov, Ruslan Poladov, Nizami Hacıyev, Rəşad Kərimov, Ramazan Abbasov, Devran Ayhan (Türkiyə), Dieqo Qusmao, Junior Osvaldo, Mario Souza (hər üçü Braziliya)
Hücumçular: İvan Svetkov (Bolqarıstan), Denis Kalinkov (Moldova).
0