Derleyin agenti: Kaş Azərbaycandan təklif alaydım
28.07.2009 - 15:11
Derleyin agenti: Kaş Azərbaycandan təklif alaydım
Məşhur braziliyalı futbol agenti Xorxe Baydek xəyallarında gerçəkləşdirdiyi sirli arzuların üstünü açıb. Apasport.az saytının məlumatına görə, futbolçu kimi Braziliyanın “Qremio”, Portuqaliyanın “Belenenseş”, “Madureyra”, “Alaqoas” klublarında oynamış cənubi amerikalının röyalarında Azərbaycan küləyi də əsir.

Oyunçu karyerasını 35 yaşında bitirən Baydek bundan sonra dördüncü dərəcəli məşqçi diplomu alaraq, “Madureyra” klubunu çalışdırıb. Hələ futbol oynadığı vaxt gənc oyunçuların keçidlərinə vasitəçi olmağa öyrəşmiş braziliyalı tezliklə məşqçiliyi kənara qoyub agentlər arasına qatıldı. Daha çox Derleyi “kəşf edib” Joze Maurinyoyo təqdim etməklə məşhurlaşan Baydek verdiyi müsahibədə Bakı həsrətindən dəm vurub: “Londonda hava limanında idim. Təyyarənin içində əyləşib İstanbula uçuşun başlamasını gözləyir və fikirləşirdim. Düşünürdüm ki, kaş Azərbaycandan təklif almış olaydım və Bakıya tələsəydim”.
0