Futbol yığmamızın möhtəşəm qələbəsi - FOTO
20.08.2009 - 09:33
Futbol yığmamızın möhtəşəm qələbəsi - FOTO
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Litvada keçirilən Palanqa turnirində uğurlu start götürüb. Apasport.az saytının məlumatına görə, yığmamız ilk oyunu qələbə ilə başa vurub.

A qrupunda yarışan Oliver Pelzerin yetirmələri Ukrayna komandasını 4:1 hesabı ilə məğlub edib. Matçın 14-cü dəqiqəsində Kazım Kazımlı, 5 dəqiqə sonra isə Rəhman Hacıyev fərqlənib. Matçın 42-ci dəqiqəsində Ruslan Tağızadə 3-cü topu ukraynalıların qapısından keçirib. Lakin bu qoldan heç bir dəqiqə keçməmiş Konstantin Zlepko hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, milli komandamız ikinci hissədə də rəqibi cəzalandırmağı bacarıb. 75-ci dəqiqdə dublunu rəsmiləşdirən Kazımlı oyunda son nöqtəni qoyub.

Bu qələbədən sonra U-17 A qrupunda Litva ilə birinci pilləni bölüşür. Yığmamız meydan sahibləri ilə avqustun 21-də qarşılaşacaq. B qrupunda isə 2 oyun keçirən Gürcüstanın 4, hərəyə bir matça çıxan Latviyanın 1, Belarusun isə 0 xalı var.

A qrupu

1. Azərbaycan 1 1 0 0 4-1 3
2. Litva 1 1 0 0 4-1 3
3. Ukrayna 2 0 0 2 2-8 0

0