Milli komandamızın almaniyalı baş məşqçisi penaltilərdən danışdı
20.08.2009 - 10:20
Milli komandamızın almaniyalı baş məşqçisi penaltilərdən danışdı
“Son oyun çox çətin olacaq. Axı, həmin matçda qrup qalibi müəyyənləşməlidir. Hətta hər şeyin penaltilər seriyasında həll olunacağı da istisna deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Oliver Pelzer deyib.

Almaniyalı çalışdırıcı Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnir barədə fikirlərini bölüşüb. O, son görüşdə üz-üzə gələcəkləri meydan sahiblərini tərifləyib: “Litva texniki cəhətdən çox səviyyəli komandadır. Üstəlik, onların öz meydanında oynamaları da rəqibimizin xeyrinə olan amildir”.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk matçda Ukraynaya 4:1 hesabı ilə qalib gəlib. Həmçinin, Litva da ukraynalıları eyni hesabla məğlub edib. Azərbaycan və Litvanın bütün göstəriciləri bərabər olduğundan, onlar arasında keçiriləcək oyun heç-heçə başa çatarsa, qalib penaltilər seriyasında müəyyənləşəcək.
0