Yuri Moroz Azərbaycanı təriflədi
20.08.2009 - 11:19
Yuri Moroz Azərbaycanı təriflədi
Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yuri Moroz Litvada təşkil olunan “Palanqa turniri”ndə mübarizə aparan Azərbaycan yığmasını tərifləyib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, gənc çalışdırıcı milli komandamızın ünvanına xoş sözlər söyləyib.

“Azərbaycan yığması güclü olduğunu nümayiş etdirdi və layiqli qələbə qazandı. Təəssüf ki, futbolçularımız əvvəlki oyunlardakı kimi, əzmkarlıq göstərmədilər” – deyə Moroz vurğulayıb.

Qeyd edək ki, yığmamız “Palanqa turniri”ndə Ukraynaya 4:1 hesabı ilə qalib gəlib.
0