“Real” “Olimpiakos”a uduzdu?
20.08.2009 - 12:07
“Real” “Olimpiakos”a uduzdu?
Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyunlarından birində qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Yunanıstanda yerli “Panatinaikos”la İspaniya “Atletiko”su arasındakı görüşdən sonra azarkeşlər münasibətlərini ayırd ediblər.

Hələ qarşılaşmadan əvvəl şəhərin mərkəzində dava-dalaşa başlayan fanatlar stadionda da əməllərindən əl çəkməyiblər. Hətta onlar meydanda hansı komandaların olduğunu da unudublar. Belə ki, ispanlar “Panatinaikos”un əzəli rəqibi və qatı düşməni olan “Olimpiakos”u əks etdirən lövhəni qaldırıb. Amma yerli azarkeşlər buna tab gətirməyiblər. Onlar da öz növbəsində “Atletiko”nun əzəli rəqibi “Real”ın mahnılarını oxumağa başlayıblar. “Olimpiakos”u dəstəkləyən ispanların komandası bir anlıq “Kral klubu”na bağlanan yunanların komandasını 3:2 hesabı ilə məğlub etdikdən sonra isə dava-dalaş daha da qızışıb. Çaxnaşma zamanı iki ispaniyalı – ata və oğul xəsarət alaraq xəstəxanaya aparılıb.
0