“Barselona” 1 ilə 384 milyon avro qazanıb
20.08.2009 - 12:46
“Barselona” 1 ilə 384 milyon avro qazanıb
“Barselona” rəhbərliyi ötən mövsüm üçün klubun xərclərinin və gəlirlərinin məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son mövsümdə İspaniya çempionu və kubokunu qazanan, həmçinin Çempionlar Liqasının qalibi olan kataloniyalıların gəlirlərinin məbləği 384,8 milyon avro təşkil edib. Bir il əvvəlki ilə müqayisədə bu, 76 milyon avro çoxdur.

2008/09 mövsümündə “Barselona”nın təmiz qazancı isə 8,8 milyon avroya bərabərdir. Başqa sözlə, Avropanın ən güclü klubu il ərzində əldə etdiyi 384,8 milyon avronun 376 milyonunu xərcləyib.
0