Ermənistana yollanacaq idmançılarımızın adları açıqlandı
29.08.2009 - 23:00
Ermənistana yollanacaq idmançılarımızın adları açıqlandı
Sentyabrda İrəvanda keçiriləcək Avropa çempionatında qüvvəsini sınayacaq Azərbaycanın gənc cüdoçularının adları açıqlanıb. Apasport.az saytının Ermənistan mətbuatına istinadən məlumatına görə, ölkəmiz qitə birinciliyinə 5 idmançı göndərəcək. Bunlar İlqar Muşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımovdur (100 kq).
0