Öncə Azərbaycan, sonra Ermənistan
31.08.2009 - 10:51
Öncə Azərbaycan, sonra Ermənistan
Hollandiyanın Rotterdam şəhərində keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan yığmasının 6 üzvündən yalnız 1-i medal qazanıb. 57 kq çəki dərəcəsində çıxış edən Kifayət Qasımova bürünc medala layiq görülüb.

Baş məşqçi Ağayar Axundzadənin digər yetirmələrindən ən yaxşı nəticəni 5-ci pillədə qərarlaşan Elmar Qasımov (100 kq) göstərib. Sərxan Əhmədov (66 kq), Elçin Qasımov (73 kq), Ramin Qurbanov (81 kq) və Elxan Məmmədov (90 kq) isə heç ilk “8-liy”ə düşə bilməyib.

Yekunda Azərbaycan komanda hesabında 97 kollektiv arasında 22-ci yeri tutub. İşğalçı ölkə Ermənistan isə bizdən aşağıda - 23-cü sırada qalıb.
0