“Mavi”lərin jurnalı boksçuya baha başa gəldi
01.09.2009 - 11:51
“Mavi”lərin jurnalı boksçuya baha başa gəldi
Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı, tailandlı boksçu Vorapoy Petçxun 3 ay sevimli peşəsi ilə məşğul ola bilməyəcək. Apasport.az saytının məlumatına görə, idmançı Tailand Boks Federasiyasının prezidenti Toip Centeraro tərəfindən cəzalandırılıb. Federasiya prezidentini qəzəbləndirən isə Petçxunun hərəkəti olub.

Məsələ burasındadır ki, olimpiya mükafatçısı “mavi”lərin jurnalı üçün şəkil çəkdirib. O, “Stage” adlı jurnalın fotosessiyasında iştirak etdikdən dərhal sonra diskvalifikasiyaya məruz qalıb.
0