Ermənistanı fəth edən cüdoçular üçün möhtəşəm tədbir
14.09.2009 - 10:07
Ermənistanı fəth edən cüdoçular üçün möhtəşəm tədbir
Ermənistanda keçirilən Avropa çempionatında çıxışlarını başa vuran cüdoçularımız bu gün Vətənə qayıdacaqlar. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyəti üçün təntənəli qarşılanma mərasimi təşkil olunacaq. Tədbirə idman ictimaiyyətini, federasiyalar, idman klubları və bir çox idmançılar qatılacaq. Qarşılanma mərasimindən sonra cüdoçular mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.

Xatırladaq ki, İrəvanda keçirilmiş Avro çempionatına qatılan 5 idmançımızı hamısı fəxri kürsüyə yüksələrək, bayrağımızı dalğalandırıb. Elmar Qasımov (100 kq) qızıl, İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medal qazanıblar.
0