Balili Azərbaycana qol vura bilmədi - FOTOSESSİYA
02.10.2009 - 12:13
Balili Azərbaycana qol vura bilmədi - FOTOSESSİYA
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirən Türkiyənin “Antalyaspor” klubunun bu görüşdə hansı heyətlə oynadığı məlum olub. Apasport.az saytının məlumatına görə, aşağı yaş qrupundan olan yığma ilə oynamasına baxmayaraq, Superliqa təmsilçisi bu matçda ulduzlarının sayəsində 2:1 hesabı ilə qalib gəlib.

Belə ki, tanınmış mütəxəssis Mehmet Özdilek oyun günü komandasını iki hissəyə ayırıb. Bir qrup futbolçular səhər məşqində iştirak edib, digərləri isə yığmamızla matçın iştirakçısı olub. Lakin çalışdırıcı yoldaşlıq oyunu üçün heç də ikinci sayılmayan heyəti saxlayıb. “Antalyaspor” millimizlə oyuna əvəzedici heyətin 5 oyunçusu - Salman Burak Uğurlu, Mustafa Aybar, Barış Düzen, Hakan Eryigit və ehtiyat qapıçı kimi Həsəni çağırıb. Start heyətdə isə Özdilek aparıcı oyunçulara güvənib: Ömer, Musa, Vahap, Şenol, Volkan, Korhan, Gürhan, Ahmet Kuru, Balili, Ceua ve Salman.

Superliqanın ulduzlarından olan israilli Pini Feliks Balili yığmamızla oyunda qola həsrət qalıb. İsrail yığmasında 29 oyuna 7 qol, İsrail çempionatında 36, Türkiyə Superliqasında 40 top vuran, bu yayadək “Sivasspor”da oynamış bu hücumçu bir müddət millimizin sabiq oyunçusu İlqar Qurbanovla komanda yoldaşı olub. Yığmamızın qapısına qolları isə 34-cü dəqiqədə Ceua, 80-ci dəqiqədə isə Ahmet Kuru vurub. Bernard Lippertin yetirmələrindən isə Tural İsgəndərov 70-ci dəqiqədə penaltidən fərqlənib.
0