“Azəri futbolçuların transferində söz sahibi “Fənərbaxça” olacaq”
02.10.2009 - 14:34
“Azəri futbolçuların transferində söz sahibi “Fənərbaxça” olacaq”
“Türkiyədə tarixi 100 ili keçən ən önəmli qurumlarından biri “Fənərbaxça”dır. Klubumuz təkcə ölkəmizdə deyil, həm də beynəlxalq arenada çox qiymətli markadır. Dost və qardaş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə bağladığımız müqavilə də bunun göstəricisidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım deyib.

Komandanın jurnalına geniş müsahibə verən Yıldırım İstanbul təmsilçisi ilə AFFA arasındakı münasibətlərə də toxunub: “Azərbaycan, ölkəsinin aşağı yaş qrupundan olan milli komandasını, futbol gələcəyini “Fənərbaxça”nın bilik, təcrübə və gücünə əmanət edib. AFFA ilə müqaviləyə əsasən yeniyetmə futbolçularının ustalığının təməli “Fənərbaxça”da qoyulacaq, bu istedadlı oyunçuların transferində də söz sahibi klubumuz olacaq”.
0