Bülənt Korkmaz kimi Kinq Konqa çevirib? - FOTO
02.10.2009 - 17:23
Bülənt Korkmaz kimi Kinq Konqa çevirib? - FOTO
“Bakı” klubunun yeni baş məşqçisi Bülənt Korkmaz prodüserlik fəaliyyəti ilə məşğul imiş. Apasport.az saytının türk mətbuatına istinadən xəbərinə görə, 41 yaşlı mütəxəssisin prodüserliyi ilə “Rina” filminin çəkilişləri start götürüb. Rejissor Şenol Sönməzin çəkdiyi filmin qəhrəmanları Paşhan Yılmazel ve Eray Türkdür.

Bizlərə yaxşı tanış olan Eray Türkün rol aldığı ən son film “Kurdlar vadisi”dir. Orada Yıldırım obrazını yaradan Eray “Rina”nın çəkilişlərində üzləşdiyi çətinliklərdən danışıb. Məsələ burasındadır ki, sözügedən aktyor tərəf müqabili ilə birgə 40 dərəcə istidə palçıq içində bir gün çəkilişlərdə olub: “İndiyədək müxtəlif kostyumlarda başqa-başqa rolları canlandırmışam. Lakin bu dəfə palçıqdan “kostyum” geyindik. Palçıq qəbul edən şəxslər adətən 15-20 dəqiqədən sonra yuyunurlar. Biz isə bütün gün boyu palçıq içində olduq. İki saatdan sonra mən özümü Kinq Konq kimi hiss edirdim”.
0